Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq
14:08 11 Yanvar 2016
72 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bu gün 2015-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq.
AZƏRTAC xəbər verir ki, “Qızıl top” mükafatının yeni sahibi İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə müəyyənləşəcək. Mərasim Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Mükafata “Qızıl top”un dördqat (2009, 2010, 2011, 2012) qalibi Lionel Messi, “Barselona”nın digər futbolçusu Neymar və üç dəfə (2008, 2013, 2014) bu titula layiq görülmüş “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldo namizəddir.
Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları və eləcə də jurnalistlər iştirak ediblər.
Mərasimdə həmçinin ilin ən yaxşı məşqçisi, simvolik yığması, ötən ilin ən yaxşı qolunun müəllifi və 2015-ci ilin ən yaxşı qadın futbolçusunun da adı açıqlanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_gun_Qizil_topun_sahibi_belli_olacaq-917433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR