Nazirlik şagirdlərin donması şikayətinə cavab verdi

Nazirlik şagirdlərin donması şikayətinə cavab verdi
14:57 11 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi Tovuz rayon Bozalqanlı kənd orta məktəbində 1200 şagirdin soyuqda qalması xəbərinə münasibət bildirib. 

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, problemlə əlaqədar Tovuz RTŞ-nin müdiri Validə Hüseynovadan məlumat alınıb. Nazirlikdən verilən məlumatda bildirilir ki, Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbinin qazla işləyən fərdi qazanxanası var. Qazanxananın qazla təchizatı üçün "Azəriqaz" İstehsalat Birliyinə ödəniləcək vəsait RTŞ-nin büdcəsində nəzərdə tutulmayıb. Ona görə də təhsil şöbəsi "Azəristiliktəchizat"ın rayon şöbəsinin tələb etdiyi vəsaiti onların hesabına köçürə bilmir. Bununla belə təhsil şöbəsi tərəfindən həmin məktəbin odunla qızdırılması üçün zəruri tədbirlər vaxtında icra olunub.

Qeyd olunan məktəbin odunla qızdırılmasında problem yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR