Bakıda qanunsuz dollar satan şəxslər saxlanıldı

Bakıda qanunsuz dollar satan şəxslər saxlanıldı
15:05 11 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda qanunsuz olaraq valyuta dəyişmə fəaliyyəti ilə məşğul olduqları üçün 11 nəfər tutulub.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyindən Qafqazinfo-ya verilən məlumata görə, hadisə Nəsimi rayonunda baş verib. Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396929.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR