Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Valyutanın tənzimlənməsi qaydasını pozduqları üçün 11 nəfər cərimə olunub

Valyutanın tənzimlənməsi qaydasını pozduqları üçün 11 nəfər cərimə olunub

Date: 11 January 2016 15:08


Bakı, 11 yanvar, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyutanın tənzimlənməsi qaydasını pozduqları üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Tags:  Valyutanın tənzimlənməsi qaydasını pozduqları 11 nəfər cərimə olunub


RƏYLƏR


Top news