Atıcılıq poliqonunda yanğın 3 nəfərin həyatına son qoydu - FOTO

Atıcılıq poliqonunda yanğın 3 nəfərin həyatına son qoydu - FOTO
16:05 11 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın Ferrara şəhərindəki atıcılıq poliqonunda baş vermiş partlayış şiddətli yanğına səbəb olub. Milli.Az AZERTAC-a istinadən bildirir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb.

İlkin məlumata görə, bədbəxt hadisə məşqlər zamanı silahlardan istifadə edilərkən ehtiyatsızlıq ucbatından baş verib. Şiddətli alov yanğınsöndürənlərin işini çətinləşdirib. Yanğının söndürülməsinə və xilasetmə işlərinə yerli polislər də cəlb olunublar. Həlak olanların cəsədlərinin axtarışı və yanğının söndürülməsi işləri davam etdirilir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396926.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR