Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb

Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb

Date: 11 January 2016 16:43


Bakı, 11 yanvar, AZƏRTAC
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-170, Kiçik Qafqazın çaylarında 195-265, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-140 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla ongünlük normanın 109 faizini təşkil edir
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 43 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir.
Yanvarın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 5 sm artım, Surrada 4, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 460 sm (2015-ci il yanvarın 11-də 388 sm), Şirvanda 355 sm (2015-ci il yanvarın 11-də 237 sm), Salyanda 312 sm (2015-ci il yanvarın 11-də 211 sm), Bankədə 233 sm (2015-ci il yanvarın 11-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2015-ci il yanvarın 11-də 129 sm) təşkil edir.

Tags:  Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb


RƏYLƏR


Top news