2015-ci ildə “Volkswagen”in satışları kəskin azalıb

2015-ci ildə “Volkswagen”in satışları kəskin azalıb
16:48 11 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, Elvin Camalov, AZƏRTAC
2015-ci ildə “Volkswagen” avtomobil konserninin satışlarında kəskin azalma müşahidə edilib.
AZƏRTAC “The Wall Street Journal”a istinadla xəbər verir ki, 13 ildə ilk dəfə şirkətin satışlarında kəskin azalma müşahidə olunub. Buna səbəb isə “Volkswagen”in “dizel qalmaqalı” ilə bağlı yaşadığı problemlər olub.
2015-ci ildə şirkət tərəfindən 9,9 milyon ədəd maşın satılıb. 2014-cü illə müqayisədə bu göstərici 2 faiz azalıb. Kəskin azalma ötən ilin dekabr ayında baş verib. Həmin ay 835 min maşın satılıb, bu isə 5,2 faiz azalma deməkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_Volkswagenin_satislari_keskin_azalib-917491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR