Azərbaycan neftinin sirri

Azərbaycan neftinin sirri
17:51 11 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti günbəgün daha da ucuzlaşmaqda davam edir.

ANS PRESS-in məlumatına görə, “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 33,07 dollara düşüb. “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti isə hazırda 32,55 dollardır.

Dünya birjalarında neftin ucuzlaşması Azərbaycana məxsus qara qızılın qiymətin də təsir etsə də, “AzəriLayt” markalı neft digərlərindən daha baha- 34,00 dollara satılır.

Hər gün neftin dünya bazarındakı qiymətlərdən əsasən “Brent”, “Texas” və “AzəriLayt” markaları ilə xəbər tuturuq. Amma “Brent”, “Texas” neft markalarının qiymətlərinə nəzər saldıqda “AzəriLayt”-dan daha ucuz olduğunu görərik.

Bu hall demək olar ki, hər gün yaşanır. Xəzər dənizindən çıxarılan neftin dünya bazarına baha qiymətə satılması Azərbaycan iqtisadiyyatı üçün sərfəlidir.



“AzəriLayt” markalı neftin digərlərindən baha satılmasını şərh edən Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin rəhbəri, iqtisatçı Elnur Sultanovun sözlərinə görə, bunun əsas səbəblərindən biri Azərbaycan neftinin tərkibində sulfit turşusunun (H2S) az olmasıdır.


Elnur Sultanov - iqtisadçı


“Neft əsas iki kriteriyaya - ağırlığına və sulfit turşusunun miqdarına görə dəyər qazanır. Sulfit turşusunun miqdarı nə qədər çox olursa, qiymət bir o qədər az olur. Ona görə də “AzəriLayt” neftinin qiyməti dünya bazarında bahadır".

Elnur Sultanovun sözlərinə görə, sulfit turşusu çox olan neftdə hasilat zamanı problemlər yaranır. “Məsələn Qazaxıstanın "Kaşağan" neft yatağı Azəri - Çıraq – Günəşlidən 5 dəfə böyük olduğu halda, Kaşağanda sulfat turşusunun miqdarı çox olduğu üçün boru xəttləri tez bir vaxtda istismara yararsız hala gəlir. Bu halın baş verməməsi üçün külli miqdarda maliyyə vəsaiti xərclənilməlidir”.

İqtisadçı sulfit turşusunun böyük bir iqtisadi əhəmiyyəti olmadığını bildirdi. “Maddə heç bir işə yaramadığı üçün Qazaxıstan onu səhrasında yaradılan anbarlarda saxlanılır. Həmçinin Azərbaycan nefti daha yüngül olduğu üçün baha qiymətləndirilir. Venesuela neftinin 1 barreli ilə Azərbaycanın “AzəriLayt” –nın həcmi eyni olsada çəksi fərqli olacaq. Çünki Venesuela nefti daha ağırdır. Ağır olduğu üçün də qiyməti azdır".

Azərbaycan neftindən fərqli olaraq Rusiya, Qazaxıstan və Venesuelada “qara qızılın” həm emalı çətindir, həm də ordan alınan maddələrin dünya bazarında qiyməti yoxdur. Əgər neftin tərkibində sulfit turşusunun miqdarı çoxdursa, o zaman boru xətti ilə ixracatda problemlər yaranır. Yəni neft boru xəttinin içərisində donub qala bilir. Kanada da neftin boru xətti ilə sərbəst ötürülməsi üçün hətta onu isitmək lazım gəlir.

Dünyada hasil olununa neftin 2/3 hissəsi “Brent” markasında görə dəyərləndirilir. Etalon olaraq bir neft seçilir. Bu markadan daha keyfiyyətli olan neft daha baha qiymətə satılır. Şimal dənizindən çıxan neftin hasilatı çox baha başa gəlir. Azərbaycan neftinin maya dəyəri 14 dollar olduğu bildirilir. ABŞ -də 30-40, Rusiyada isə 17 dollar götürülür.


Dünyada ən çox neft çıxarılan ərazilər


2010 – 2013-ci illər arasında Azərbaycan nefti tarixində ən baha qiymətə (100 dollardan baha) satılıb. 1997-ci ildə Azərbaycan Azəri-Çıraq-Günəşli yatağından 1997-ci ildə dünya bazarına ilk dəfə neft çıxarılıb. Azərbaycan gündə təxminən 800 min barrel neft hasil edir. Müstəqilik dövründə Azərbaycanda 2 milyard barreldən çox neft hasil edilib.

Hasilat xərclərinin az, keyfiyyətinin isə çox yüksək olması Azərbaycan neftini "qara qızıl" bazarının lideri kimi saxlayır. Ona görə də Azərbaycan tarix boyu dünya dövlətlərin diqqət mərkəzində olub. Tərkibindəki maddələr səbəbindən neftin boru xətti ilə ötürülməsində problemlərinin yaranmaması Azərbaycan neftini daha da cəlbedici edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369405

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR