Rusiyanın turizm şirkətlərinin Azərbaycana infoturu təşkil olunub

Rusiyanın turizm şirkətlərinin Azərbaycana infoturu təşkil olunub
18:58 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin və “Silk Way Travel” turizm şirkətinin təşkilatçılığı ilə yanvarın 11-də Rusiyanın 10 turizm şirkəti üçün infotur təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yanvarın 15-dək davam edəcək infotur çərçivəsində Bakı şəhərində bir neçə tarix və mədəniyyət abidələri və turizm obyektləri ilə tanışlıq, eləcə də Qusar rayon “Şahdağ” Turizm Mərkəzinə səfər nəzərdə tutulub. Qonaqlar mərkəzin fəaliyyəti və göstərilən xidmətlərlə yaxından tanış olacaqlar.
Qeyd edək ki, turizm mərkəzinin tanıdılması istiqamətində görülmüş işlər çərçivəsində mütəmadi olaraq Rusiya, Ukrayna, Belorus, Türkiyə və Qazaxıstanın turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur, infoturlar təşkil edilir, müqavilələr imzalanır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_turizm_sirketlerinin_Azerbaycana_infoturu_teskil_olunub-917558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR