Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüləri məyus etdik

Gürcüləri məyus etdik

Date: 11 January 2016 19:52

Manatın devalvasiyaya uğramasından sonra Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayında kəskin azalma müşahidə olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın "Bizzone" portalı məlumat yayıb.
 
Məlumata görə, bu azalma Yeni il tətilində özünü qabarıq şəkildə göstərib.
 
Azərbaycanlıların qış mövsümündə ən çox üz tutduğu bölgələr Gürcüstanın dağ kurortu olan Bakuriani və Qdauridir.
 
Ənənəvi olaraq, qış kurortlarına səfər edənlərin 80-90%-i Azərbaycan vətəndaşları idi. Burada yerləşən otelləri də məhz Azərbaycandan olan turistlər doldururdular.
 
Bu il isə vəziyyət radikal şəkildə dəyişib.
 
"Bizim müştərilərimiz əsasən azərbaycanlılar idi, lakin indi onların Gürcüstana axını azalıb. İqtisadi çətinliklərlə əlaqədar azərbaycanlılar bura əvvəlki qədər gəlmirlər. Manatın 50%-lik devalvasiyasına görə, onların sayında ciddi azalma baş verdi və indi onların bu cür səfərləri üçün pulları qalmayıb", - deyə yerli otellərdən birinin rəhbəri qeyd edib.
 
Qeyd edək ki, normal şəraitli otel nömrələrində 1 nömrə 60-100 dollar, lüks nömrələr isə 200-300 dollar arası dəyişir.

Milli.Az


Tags:  Gürcüləri məyus etdik


RƏYLƏR


Top news