İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

İnşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar
19:53 11 Yanvar 2016
60 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Milli mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması ilə bağlı əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə bu qurum ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq edilmiş Fəaliyyət Planına uyğun olaraq keçirilib.
Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri 2015-ci ilin oktyabr-noyabr aylarında yerlərdə təşkil olunub, rayon (şəhər) mərhələsinin qalibləri yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilib. Yekun mərhələdə respublikanın bütün bölgələrini əhatə edən 99 şagird iştirak edib. Həmin yazı işləri, eləcə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən təqdim olunmuş inşalar xüsusi komissiya tərəfindən yoxlanaraq qiymətləndirilib.
Qaliblər diplom və tərifnamələrə layiq görülüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insa_yazi_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-917581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR