Avtomobillərə texniki baxış başlanıldı - VİDEO

Avtomobillərə texniki baxış başlanıldı - VİDEO
21:27 11 Yanvar 2016
40 Digər
Ölkə mətbuatı
A- A+

Hər il yanvarın 1-dən nəqliyyat vasitələrinə texniki baxış dövrü başlayır. İlk olaraq MDB dövlətlərində istehsal edilən avtomobillər yoxlanılır. Bu müddət aprelin 30-da bitir. Əksər sürücülər niyə avtomobillərini texniki baxışdan keçirmək üçün son günü gözləyirlər?

Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu il üçün avtomobillərin texniki baxışına bir həftədir start verilib, ancaq müayinə mərkəzində tək-tək avtomobil gözə dəyir.

"VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçirilməsinə başlanıb.

Ancaq sürücülər texniki baxış müddətinin aprelin sonuna qədər davam edəcəyinə arxayın olduqlarından texniki baxışı son günə saxlayırlar.

Nəticədə isə texniki baxış müddətinin son günlərində mərkəzdə avtomobil sıxlığı müşahidə olunur və sürücülər də bu vəziyyətdən narazı qalırlar.

Bununla belə, az sayda da olsa, bəzi sürücülər öz avtomobillərini daha erkən texniki baxışdan keçirməyə üstünlük verirlər.

Mərkəzin nəzarətçiləri isə MDB istehsalı olan avtomobillərin digər xarici avtomobillərlə müqayisədə daha tez sıradan çıxdığını deyirlər.

Ötən ildən etibarən nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edildiyindən, texniki baxışa gedən sürücülər yalnız baxış üçün 20 manat dövlət rüsumu ödəməlidirlər. Avtomobillər istehsal olunduğu vaxtdan hesablanmaqla 5, 7, 9 və 11-ci illərində, daha sonrakı tarixlərdə isə hər il texniki baxışdan keçirilməlidir. Sürücülərə avtomobillərini indidən texniki baxışa təqdim etmələri məsləhət görülür. Ona görə ki, hər hansı problem aşkar edildikdə onu aradan qaldırıb təkrar baxışa gəlmək üçün vaxt olsun.

Qeyd edək ki, avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 300 manat cərimə olunur. Nasazlıqları aradan qaldırıb yenidən texniki baxışa gəlməyə görə ödəniş tələb edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/397036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR