"Qaçaq" banqladeşlilər Füzulidə saxlanıldılar - FOTO

"Qaçaq" banqladeşlilər Füzulidə saxlanıldılar - FOTO
10:12 12 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az bildirir ki, DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, yanvarın 7-də həyata keçirilən tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu Rəhimov Samir Ataş oğlu 1000 qutu "MM" markalı və 470 qutu "Continental" markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.
 
Bundan başqa, yanvarın 9-da həmin sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğluQasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə tutulublar.
 
Yanvarın 10-da isə Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən Banqladeş vətəndaşları - Kansar Mohammad, Motabbar Mahin Sarkan Anasdır saxlanıl­ıblar. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.
 
Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR