Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Jurnalistlər ADU-da imtahanların gedişini izləyiblər

Date: 12 January 2016 11:58


Bakı, 12 yanvar, Pərvanə İmanova, AZƏRTAC
Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə əsasən imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, imtahanlar regionşünaslıq və beynəlxalq münasibətlər, pedaqoji (ingilis, alman dili) fakültələrində aparılıb.
Qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri, valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, ADU-da qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
 

Tags:  Jurnalistlər ADU-da imtahanların gedişini izləyiblər


RƏYLƏR


Top news