SON DƏQİQƏ! Türkiyədə partlayış baş verib: ölən və yaralananlar var (Videolar)

12 yanvar, 2016 - İstanbulun Sultanahmet meydanında partlayış baş verib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda hadisə yerinə polislər, təcili tibbi yardım maşınları və yanğınsöndürənlər cəlb olunublar. Ölən və yaralananlar var.

Məscidin yaxınlarında turist qrupunun arasına girən bir "canlı bomba"nın partlayışa səbəb olduğu barədə iddialar yayılıb. Ancaq hələlik hadisənin baş vermə səbəbi barədə dəqiq məlumat verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR