Kanadanın xarici işlər naziri Stefan Dion 2010-cu ildə taliblər tərəfindən girov götürülən səyyah Kolin Ruterfordun azad olunduğunu elan edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səyyahın azad olunması Qətərin vasitəçiliyi ilə baş tutub.
2010-cu ildə taliblərin yaydığı görüntülərdə Əfqanıstanı turist kimi ziyarət etdiyini deyən Ruterford buradakı tarixi abidələri və məbədləri ziyarət etmək niyyətində olduğunu demişdi. Lakin Taliban hərəkatı onu "Amerika casusu" elan etmişdi.
Qərb mətbuatının məlumatına görə, Qətər Taliban ilə Avropa ölkələri arasında vasitəçi rolunu əvvəllər də oynayıb.
Məhz bu Yaxın Şərq əmirliyinin sayəsində 2014-cü ildə amerikalı çavuş Boy Berqdal və 2013-cü ildə kanadalı diplomat Bob Fauler və Luis Qay azad olunmuşdular.
Milli.Az