“Art Villa” qalereyasında “İzdüşüm-B” adlı sərgi aşılacaq

“Art Villa” qalereyasında “İzdüşüm-B” adlı sərgi aşılacaq
15:28 12 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 18-də “Art Villa” qalereyasında Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin təşkilatçılığı ilə “İzdüşüm-B” adlı sərgi açılacaq.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, sərgidə 13 rəssamın 25 işi nümayiş olunacaq. Bu sərgi Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin 2015-2016-cı illər üçün “Beş paytaxt, beş sərgi” layihəsi çərçivəsində təşkil ediləcək.
Sərgi yanvarın 22-dək davam edəcək.
Layihə çərçivəsində ilk sərgi olan “İzdüşüm-A” Ankarada nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Art_Villa_qalereyasinda_Izdusum_B_adli_sergi_asilacaq-917756

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR