Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyalı turistləri döymək üçün otelə hücum etdilər

Rusiyalı turistləri döymək üçün otelə hücum etdilər

Date: 12 January 2016 16:42

Hurqadada otelə basqın etmiş iki misirlinin məqsədi rusiyalı turistlərə hücum etmək olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misir dövlət təhlükəsizlik xidmətinin prokurorluğu hadisə ilə əlaqədar istintaq aparır. Bu barədə xəbəri Misirin "Əl-Məsri əl-Yaum" nəşri istintaq məlumatlarına istinadla yayıb.

Saxlanılmış cinayətkar öz ifadəsində etiraf edib ki, onların əsas hədəfi RF-nin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar rusiyalılara hücum etmək olub. Radikal əhval-ruhiyyəli cinayətkarlar xaricdə fəaliyyət göstərən silahlı islamçı qruplaşmalara qoşulmaq istəyiblər. Buna nail ola bilmədikdə onlar Hurqadada turistlərə hücum etməyi planlaşdırıblar.

Xatırladaq ki, yanvarın 8-də əllərində soyuq silah olan iki şəxs Hurqadadakı "Bella Vista Resort" otelində turistlərə hücum edib. Hücum nəticəsində 3 nəfər avropalı turist yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb, ikincisi isə yaralanaraq həbs edilib.

Milli.Az


Tags:  Rusiyalı turistləri döymək otelə hücum etdilər


RƏYLƏR


Top news