Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pilotsuz aparatlardan terror məqsədilə istifadə edilə bilər

Pilotsuz aparatlardan terror məqsədilə istifadə edilə bilər

Date: 12 January 2016 17:37

İngiltərədə Oksford Araşdırma Qrupuna bağlı olan "Remote Control" proyekti pilotsuz uçuş aparatlarının (dron) terror məqsədilə törədilə biləciyi haqda xəbərdarlıqla çıxış edib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, xəbərdarlığın əks olunduğu raportda bildirilir ki, terror təşkilatları dronlardan bəsit, ucuz və təsirli partlayıcı vasitə kimi istifadə edə bilər: "Bir sıra terrorçular, cinayətkarlar, kriminal elementlər mülki PUA-ları hücumlar və kəşfiyyat məqsədilə istifadə etdiklərini göstəriblər. PUA-lardan bu məqsədlərlə istifadə olunmasını əngəlləmək üçün müxtəlif tədbirlər görülməldir".
 
Birmingem Universitetinin professoru Devid Dann isə PUA-ların istifadəsi üçün rəsmi icazə prosedurunun tətbiqi kimi məhdudlaşdırıcı tədbirlərin nəticə verməyəcəyini söyləyib: "Qanunlara əməl edən vətəndaşlar bu aparatları qeydiyyatdan keçirəcək, lakin terrorçuların xaricdə pilotsuz aparat satın alaraq burada istifadə etməsini əngəlləmək çox çətindir".
 
Milli.Az


Tags:  Pilotsuz aparatlardan terror məqsədilə istifadə edilə bilər


RƏYLƏR


Top news