Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mətanət İsgəndərli dünyasını dəyişən ərindən danışdı: "Əlindən gələni edirdi ki..."

Mətanət İsgəndərli dünyasını dəyişən ərindən danışdı: "Əlindən gələni edirdi ki..."

Date: 12 January 2016 18:20

Əməkdar artist Mətanət İsgəndərli dünyasını dəyişən həyat yoldaşı barədə danışıb.

Lent.az-ın məlumatına görə, “Mənim dünyam” verilişinə qonaq olan ifaçı bildirib ki, sənətə gəlişində həyat yoldaşının dəstəyi böyük olub: “O dünyasını dəyişib, Allah rəhmət eləsin. Mən onun əziyyətini itirmərəm. Çünki hamımız Allah qarşısında cavab verəcəyik. Onun mənə çox böyük köməkliyi olub. Valideynlərim sənətə gəlməyimə razı deyildilər. Ərə gedəndən sonra sənətə gəldim. Mən 10-cu sinfi bitirən kimi ailə qurmuşam. Əlindən gələni edirdi ki, sənətdə qalım. "Gecədən sübhədək" mahnım o ərəfələrdə yazıldı. Mahnıdan sonra məşhurlaşmağa başladım. Daha sonra İncəsənət Universitetinə daxil oldum və Canəli Əkbərovun sinfində təhsil aldım”. 


Tags:  metanet isgenderli metanet isgenderli heyat yoldasi

RƏYLƏR


Top news