Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şanxay qülləsi dünyanın ikinci ən hündür binası oldu

Şanxay qülləsi dünyanın ikinci ən hündür binası oldu

Date: 12 January 2016 20:13


Bakı, 12 yanvar, AZƏRTAC 
Dünyada ən hündür bina sayılan Dubayın “Bürc-Xəlifə” göydələnindən sonra ikinci yeri yenicə tikilmiş Şanxay qülləsi tutur.
AZƏRTAC www.digitaltrends.com saytına istinadla xəbər verir ki, Çin adasında San-Fransiskodan olan şirkət tərəfindən inşa edilən bina təqribən 632 metr hündürlüyündədir. Yüz iyirmi səkkiz mərtəbəli binada ofislər, ticarət mərkəzləri, mehmanxana nömrələri fəaliyyət göstərəcək. Binanın sonuncu mərtəbəsində isə şəhəri seyr etmək üçün müşahidə məntəqəsi olacaq.
Şanxay göydələnində saatda 65 kilometr sürətlə hərəkət edən 106 lift quraşdırılıb.



Tags:  Şanxay qülləsi dünyanın ikinci hündür binası oldu


RƏYLƏR


Top news