İspaniya parlamentinin depuatatları bir sıra imtiyazlardan imtina ediblər

İspaniya parlamentinin depuatatları bir sıra imtiyazlardan imtina ediblər
02:28 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 13 yanvar, AZƏRTAC 
İspaniya parlamentinin yeni seçilmiş üzvləri özlərinə aid olan bir sıra imtiyazlardan imtina ediblər. Bu məsələyə parlamentdəki fraksiyalar özünəməxsus şəkildə yanaşıblar.
"Podemos" (Bacararıq) partiyasının üzvləri hər deputata qanunla verilən, illik 3 min avroluq taksi kartından imtina ediblər. "Ciudadanos" (vətəndaşlar) partiyasından olan deputatlar isə dövlət büdcəsi hesabına internet və fraksiya rəhbəri üçün xidməti avtomobili artıq xərc hesab ediblər.
Maraqlıdır ki, parlamentin 1nəfər PSOE (Sosialist Partiyası) deputatından başqa digər üzvləri onlara pulsuz təqdim olunan iPhone və iPad rəqəmsal chiazlarından imtina etməyiblər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniya_parlamentinin_depuatatlari_bir_sira_imtiyazlardan_imtina_edibler-917953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR