Tramp İrana da söz atdı

Tramp İrana da söz atdı
07:06 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Respublikaçı prezidentliyə namizəd Donald Tramp Ayova ştatında tərəfdarları ilə keçirdiyi görüşdə İranın 10 amerikalı dənizçini saxlamasını pisləyib. ANS PRESS-in məlumatına görə, həmin insidentin üzərindən Qərblə İran arasında yayda bağlanmış nüvə sazişinə toxunan prezidentliyə namizdə, onun “ən axmaq razılaşma” olduğunu vurğulayıb.

“Baş verənləri yəqin siz də eşitdiniz. İran bizim iki gəmimizi tutub, onların tezliklə sərbəst buraxılacağı bildirilir. Bu heç də yaxşı hal deyil. Bu ölkəmizin hansı “cəhənnəmə” doğru istiqaymətləndiyi bir daha göstərir. Bu İran nüvə sazişi mənim bildiyim ən axmaq razılaşmadır. İndiyənə kimi belə bir saziş görməmişəm. Ümid edək ki, dənizçilərimiz qısa zamanda azad edilər.”



Ötən axşam ABŞ hərbi donanmasının gəmisinə aid 2 qayıq İran İslam Respublikasının hərbçiləri tərəfindən saxlanılıb. Saxlanılan 2 qayıqda ümumilikdə 10 ABŞ əsgəri olub.

Faktla bağlı açıqlama verən Pentaqon, Küveyt-Bəhreyn arasında hərəkət edən qayıqların texniki nasazlıq səbəbindən İran sahillərinə sürükləndiyini bildirilib.

İran xarici işlər naziri Cavad Zərifin amerikalı həmkarı Con Kerriyə saxlanılan 10 əsgərin azadlığa buraxılacağına dair təminat verdiyi bildirilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR