Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moskvadan Lənkərana uçmalı olan aviareys təxirə salınıb

Moskvadan Lənkərana uçmalı olan aviareys təxirə salınıb

Date: 13 January 2016 09:05

Bu gün Rusiyanın paytaxtı Moskvadan Azərbaycanın Lənkəran şəhərinə uçmalı olan "U6 2421" saylı təyyarə reysi pis hava şəraiti səbəbindən təxirə salınıb.

"Report" "Domodedovo" hava limanının onlayn tablosuna istinadən xəbər verir ki, "Ural Airlines" aviaşirkətinə məxsus "Airbus A321" təyyarəsi Bakı vaxtı ilə 09:20-də Moskvadan uçmalı və 13:20-də Lənkəranda eniş etməli idi.
Moskva aeroportlarında qar və çovğun səbəbindən aviareyslərin yerinə yetirilməsi ilə bağlı yaranan vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Təxirə salınan reyslərin sayı əhəmiyyətli dərəcədə azalsa da, gecikən uçuşların sayı artmaqdadır.
"Domodedovo"da aerodrom ərazisinin qardan təmizlənməsinə 50 ədəd xüsusi texnika cəlb olunub. "Vnukovo" və "Şeremetyevo"da da vəziyyət, demək olar ki, kritikdir.

Milli.Az


Tags:  Moskvadan Lənkərana uçmalı olan aviareys təxirə salınıb


RƏYLƏR


Top news