Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tacikistanın nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayıb

Tacikistanın nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayıb

İƏT-in baş katibi: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini azad etməlidir" (14 Mart 2017 07:12)
Haitinin keçmiş prezidenti vəfat edib (04 Mart 2017 00:22)
İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində iştirak edir (01 Mart 2017 09:14)

Tarix: 13 Yanvar 2016 09:08


Düşənbə, 13 yanvar, AZƏRTAC 
2016-cı ilin yanvar ayından Tacikistanın nümayəndəsi Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi vəzifəsinin icrasına başlayıb və bu vəzifədə o Rusiyanın nümayəndəsi Dmitri Mezensevi əvəz edib.
Bu haqda Tacikistanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Rəşid Alimov 2005-2015-ci illərdə Tacikistanın Çin Xalq Respublikasındakı səfiri, həmçinin Tacikistanın ŞƏT-dakı daimi nümayəndəsi olub.
Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan ŞƏT-in üzvləridir.
İran, Əfqanıstan, Monqolustan və Belorusun ŞƏT-də müşahidəçi statusu var, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal və Ermənistan təşkilatın dialoq üzrə tərəfdaşıdır.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Teqlər:  Tacikistanın nümayəndəsi Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlayıb



RƏYLƏR


Top xəbərlər