Xəbər verdiyimiz kimi, ötən gün İstanbulun tarixi hissəsində canlı bombanın törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, Türkiyənin "habertürk" qəzeti terror törədən Nabil Fadlı adlı şəxsin fotosunu əldə edib. Onun 28 yaşlı və İŞID üzvü olduğu söylənilir.
Qeyd edək ki, görüntülər 5 yanvar 2016-cı ildə qeydə alınıb.
Bəxtiyar Umarlı
Milli.Az