Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın identifikasiya kodu və vizit kartı

Azərbaycanın identifikasiya kodu və vizit kartı

Date: 13 January 2016 11:05

"Xalq dövlət başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi barədə qərarını böyük sevinclə qarşılayır. İndi biz il ərzində plan üzrə əvvəllər dünyaya çatdıra bilmədiklərimiz mesajları verəcək, məsələlərin müzakirəsini aparacaq, ölkənin ictimai-siyasi həyatında əyani olaraq sübuta yetirilə biləcək mövzuları qabardacağıq, Azərbaycan adına önəmli addımlar atacağıq".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli üzvü Yevda Abramov prezident İlham Əliyevin 2016-cı ilin "Multikulturalizm ili" elan etməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin fikrincə, prezident İlham Əliyev 2016-cı ili heç də elə-belə "Multikulturalizm ili" elan etməyib. Dövlət başçısının belə bir qərar verməsi üçün bütün əsaslar, ciddi səbəblər var:  

"Çünki Azərbaycan artıq bir neçə ildir ki, özünün bütün dünyada millətlərarası, konfessiyalararası, dinlərarası münasibətlər, multikulturalizm sahəsində dünyada bənzəri olmayan bir dövlət olduğunu sübut edib. Əbəs yerə deyil ki, bu qəbildən olan bütün əsas beynəlxalq konfranslar, forumlar, disputlar Azərbaycanda keçirilir. Bu saat bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Azərbaycan hazırda bütün dünyada bir canlı nümunə hesab olunur. Bu gün bizim demokratik nailiyyətlərimizin içində ən uğurlusu, Azərbaycanın identifikasiya kodu, vizit kartı, ən mühüm atributlardan biri məhz multikulturalizmdir. Bunu bütün dünya, bəşəriyyət, dünyanın siyasi xadimləri, bütün aparıcı dövlətlərin dövlət və hökumət başçıları da belə qəbul edirlər. Azərbaycan onlar üçün bu sahədə bir nümunəyə çevrilib. Bizim tolerantlıq və multikulturalizm sahəsində böyük və zəngin təcrübəmiz var. Ona görə də dövlət başçısının 2016-cı ili "Multikulturalizm ili" elan etməsi yerində verilmiş mühüm qərardır".

İlkin İzzət

Milli.Az


Tags:  Azərbaycanın identifikasiya kodu vizit kartı


RƏYLƏR


Top news