Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ATƏT-in nümayəndələri Tərtər rayonundakı qoşunların təmas xəttində monitorinq keçirəcəklər

ATƏT-in nümayəndələri Tərtər rayonundakı qoşunların təmas xəttində monitorinq keçirəcəklər

Date: 13 January 2016 11:13


Bakı, 13 yanvar, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 14-də Azərbaycan Respublikasının Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle nəzarət edəcəklər.
 

Tags:  ATƏT-in nümayəndələri Tərtər rayonundakı qoşunların təmas xəttində monitorinq keçirəcəklər


RƏYLƏR


Top news