Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Gənclik” voleybol komandası “Azəryol”a qalib gəlib

“Gənclik” voleybol komandası “Azəryol”a qalib gəlib

Date: 13 January 2016 11:23


Bakı, 13 yanvar, AZƏRTAC
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının təxirə salınmış VIII turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində “Gənclik” komandası “Azəryol”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Gənclik” komandası 3:2 hesabı ilə qalib gəlib.
Turnir cədvəlinə 20 xalla “Telekom” komandası liderlik edir. “Azərreyl” 19 xalla ikinci, “Lokomotiv” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.

Tags:  Gənclik voleybol komandası Azəryola qalib gəlib


RƏYLƏR


Top news