Partlayış 15 nəfərin həyatına son qoydu

Partlayış 15 nəfərin həyatına son qoydu
12:01 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın cənub-qərbində baş verən partlayış nəticəsində 15 nəfər həlak olub.

ANS PRESS-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, partlayış Kvetta şəhərində poliomielitə qarşı peyvənd mərkəzinin binasının yaxınlığında törədilib.

Ehtimal edilir ki, terakt polisə qarşı yönəldilib. Hüquq mühafizə orqanı əməkdaşlarının məlumatına görə, həlak olan 15 nəfərdən 12-si polis, 1-i hərbçi, 2 nəfərsə mülki şəxsdir. Hadisə nəticəsində daha 10 nəfərsə yaralanıb ki, onlardan da 9-u polis əməkdaşlarıdır.





Ötən il dekabrın 13-də Pakistanın Paraçinar şəhərində də terror aktı törədilmiş, 20 nəfər həlak olmuşdu. Şəhərin girəcəyindəki bazarda baş verən partlayış nəticəsində 50-dən çox adam yaralanmışdı.


Pakistan üçün ən böyük terror problemi yaradan təşkilat Tehrik-i Taliban Hərəkatı, digər adı ilə Pakistan Talibanıdır. Xüsusilə son illərdəki terror aktları ilə böyük təhlükə yaradan qruplaşma Pakistanı terror riski olan ölkələr siyahısında ilk sıralara salıb.



"Taliban" hərəkatçıları


Terror təşkilatının 2014-cü ilin iyun ayında həyata keçirdiyi hava limanı hücumundan sonra dekabr ayında uşaqlar və müəllimlər də daxil olmaqla 148 pakistanlının öldürüldüyü Pişəvərdəki məktəb hücumu da bütün dünya ictimaiyyətinin diqqətini üzərinə çəkdi.



Pişəvərdə məktəbdəki terror aktında 148 nəfər həlak olub.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR