Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Ana, sənə qurban olum, səhv müalicə səni tez apardı"

"Ana, sənə qurban olum, səhv müalicə səni tez apardı"

Date: 13 January 2016 12:05

Əməkdar artist Nüşabə Ələsgərli dünyasını dəyişən anası Solmaz xanımdan yazıb. 

Axşam.az-ın məlumatına görə, müğənni anasının ölümündə həkimi günahlandırıb:

"Ana, sənə qurban olum. Əllərinin istisinə o qədər ehtiyacım var. Mən səni qüvvətli bilirdim. Bütün yaşadığın illərdə səni bir dəfə də olsun xəstə yatan görmədim. Bir dəfə oldu, onunla da getdin. Məni həkimlər çaşdırdılar. Ümidim çox idi ki, qolundakı iynələrin göyərmiş yerləri sağalsın, səni xaricə aparacam. Birdən-birə hər şey dəyişdi.

Kaş avqustun əvvəli olardı, mən səni yenidən müalicə etdirməyə başlayardım, amma burada yox. "Professorun" qoyduğu diaqnoz gözünə girsin. Bir az da səhv müalicəsi səni tez apardı. Gözəl anam, məni bağışla, mən günahkaram. Sən bağışlasan belə, mən özümü heç vaxt bağışlamayacağam".

Milli.Az


Tags:  Ana sənə qurban olum səhv müalicə səni tez apardı


RƏYLƏR


Top news