Bakıda 3 adam narkotiklə tutuldu

Bakıda 3 adam narkotiklə tutuldu
12:42 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə və narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Gəncə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Ramil Məmmədovdan 6,65 qram, əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü Telman Mirzəliyevdən isə 7,20 qram qurudulmuş marixuana, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunan, Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yasəf Hüseynovdan 480 qram qurudulmuş marixuana götürülüb.
 
Hər bir faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR