Güclü qar minlərlə avtomobil yollarda qoydu

Güclü qar minlərlə avtomobil yollarda qoydu
13:12 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtına güclü qar yağıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yanvarın 12-dən etibarən intensiv yağmağa başlayan qarın hündürlüyü 25 santimetrə çatıb.
 
Hidrometeoroloqlar gün ərzində Moskvaya yarım aylıq normada qar yağdığını bildiriblər. 
 
Güclü qar yanvarın 13-dən paytaxt yollarında uzunluğu on kilometrlərlə ölçülən tıxacların yaranmasına səbəb olub.
 
Paytaxtda hazırda havanın temperaturu -1-3 dərəcə təşkil edir. Axşama doğru -5-6, gecə saatlarında isə -7-11 dərəcə şaxta olacağı gözlənilir. 
 
Moskvada avtomobil yolları 24 saat ərzində müntəzəm olaraq qardan təmizlənir. Bu işə 15 min texnika və 39 min nəfər canlı qüvvə cəlb olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR