Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qarlı hava şəraiti səbəbindən Moskvadan Gəncə və Lənkərana olan uçuşlar təxirə salınıb

Qarlı hava şəraiti səbəbindən Moskvadan Gəncə və Lənkərana olan uçuşlar təxirə salınıb

ABŞ-da 50 milyon insan TƏHLÜKƏDƏ (14 Mart 2017 22:38)
ABŞ-da 100 mindən çox sakin İŞIQSIZ QALDI (14 Mart 2017 20:22)
Trampın Merkellə görüşü alınmadı (14 Mart 2017 14:43)

Tarix: 13 Yanvar 2016 13:48


Bakı, 13 yanvar, Elvin Camalov, AZƏRTAC
Yanvarın 13-də qarlı hava şəraiti ilə əlaqədar Moskvanın “Domodedovo” aeroportundan Azərbaycanın Lənkəran və Gəncə şəhərinə olan aviareyslər təxirə salınıb.
AZƏRTAC “Domodedovo” aeroportunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, Moskvadan Lənkərana nəzərdə tutulan
“U6 2421” və Gəncəyə həyata keçirilməli olan “U6 2411” saylı təyyarə reysləri təxirə salınıb. Uçuşların “Ural Airlens” aviaşirkətinə məxsus “Airbus A321” təyyarəsi ilə həyata keçirilməsi gözlənilirdi.
Moskvanın digər aeroportlarından ölkəmizə olan uçuşlar təxirə salınmayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski AZƏRTAC-a bildirib ki, AZAL bu istiqamətdə heç bir uçuşu təxirə salmayıb. Uçuşların qrafikində də heç bir dəyişiklik olunmayıb.

Teqlər:  Qarlı hava şəraiti səbəbindən Moskvadan Gəncə Lənkərana olan uçuşlar təxirə salınıb



RƏYLƏR


Top xəbərlər