Siyəzəndə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.
Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini Röyal İlyasov 5 kiloqram 80 qram marixuananı 30 000 manata satarkən yaxalanıb.
Milli.Az