Bakı tərsanəsi 3 gəmini suya buraxmağa hazırlaşır

Bakı tərsanəsi 3 gəmini suya buraxmağa hazırlaşır
14:46 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bakı tərsanəsində aprelə qədər 3 gəmi hazırlanaraq suya buraxılacaq.
Gəmilər Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan İnvestisiya Şirkəti və "Keppel Offshore & Marine"nin pay sahibi olduğu Bakı tərsanəsində hazırlanır.

ANS PRESS-in məlumatına görə, istifadəyə veriləcək 3 yeni gəmi 80 yerlik olacaq. Gəmilərin tikintisi Azərbaycan Xəzər Dənizçiliyi qurumunun sifarişi ilə aparılır.

Bundan başqa tərsanədə "Şah Deniz-2" yatağında sualtı işlər aparmaq üçün “Xankəndi” gəmisinin inşaası davam edir. Gəminin dəyəri 378 milyon dollardır. Adıçəkilən gəmi BP Azərbaycanın sifarişi ilə hazırlanır və 2017-ci ildə tamamlanacaq.

"Baku Shipyard" tərsanəsi 2013-cü ildə açılıb. Tərsanə özəl və kommersiya gəmilərin yanaşı, çox məqsədli dəniz gəmiləri, tanker və yük gəmilərinin tikintisini də həyata keçirir. Bakı tərsanəsinin pay sahibləri bunlardır:



Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin katibi Vüqar Sadıxov məlumatı təsdiqləyib. "Artıq gəmilər başa çatmaq üzrədir. Bunlar Neft Daşlarında çalışan neftçiləri aparıb-gətirmək üçün nəzərdə tutulub. Digər gəmilərimizdən fərqi ondan ibarətdir ki, yeni gəmilər daha sürətli, daha rahat olacaq. Əgər iqtisadi vəziyyət imkan verərsə, dövlətin məsləhəti olarsa, biz, nəinki, yığcam gəmilər, eyni zamanda iri gəmilər də istehsal edə bilərik. Bu zaman biz Bakı tərsanəsi ilə əməkdaşlıq edəcəyik", - deyə qurum rəsmisi bildirib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi - iri gəmi sahibkarıdır. Əsas fəaliyyət istiqamətləri: yük daşınması, əsasən, neft və neft məhsullarıdır. Qurum respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir.

Nəqliyyat donanmamızın tərkibində 61 gəmi, o cümlədən 33 tanker, 13 gəmi-bərə, eləcə də universal quru yük gəmiləri vardır. İxtisaslaşdırılmış donanma isə 184 gəmidən, o cümlədən 15 kran, 19 təchizat-yedək, 2 dalğıc, 2 borudüzən, 5 mühəndis-geoloji, 2 sərnişin gəmisindən və bir çox digər kiçik subasımlı gəmilərdən ibarətdir.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ə məxsus gəmi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR