Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın Tacikistana göndərdiyi yardım çatdı

Azərbaycanın Tacikistana göndərdiyi yardım çatdı

Date: 13 January 2016 15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2015-ci ilin dekabr ayının 7-də Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb.

Milli.Az bildirir ki, bu barədə Report-a FHN-dən bildirilib.

Xatırladaq ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınmış, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9,5 ton qənd, 9,5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Milli.Az


Tags:  Azərbaycanın Tacikistana göndərdiyi yardım çatdı


RƏYLƏR


Top news