Ünvanlı dövlət sosial yardımı proqramı uğurla davam etdirilir

Ünvanlı dövlət sosial yardımı proqramı uğurla davam etdirilir
15:38 13 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ünvanlı dövlət sosial yardım alanların sayı açıqlanıb (17 May 2017 13:02)
Gəncədə maarifləndirici təlim – FOTOLAR (08 May 2017 16:53)
Azərbaycanda bu ailələrə dövlət pul verəcək (28 Aprel 2017 17:28)


Bakı, 13 yanvar, AZƏRTAC
Ölkəmizdə digər sosial proqramlar kimi, aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsində mühüm yer tutan ünvanlı dövlət sosial yardımı proqramı da uğurla davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə respublikamızda orta hesabla 112 min 663 ailə (492337 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub ki, bu da 2014-cü illə müqayisədə 8772 vahid (38334 nəfər) və ya 7,2 faiz azalma deməkdir. Yardım alan ailələrin sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ödənilən yardımların məbləğinin artmasına imkan verib. Belə ki, 2015-ci ilin dekabr ayında ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təqribən 18,7 manat və ya 14,1 faiz artaraq 152,6 manata çatıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sistemində aparılan islahatlara toxunaraq, bu yardımı alan insanların sayının azaldığını, bunun hesabına həqiqətən bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verildiyini vurğulayıb.
Dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemi üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılıb. Ünvanlı dövlət sosial yardımlarının təyinatı prosesi "Elektron hökumət" portalı üzərindən VEMTAS vasitəsilə avtomatlaşdırılmış şəraitdə həyata keçiriləcək. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən 20 qurumun müvafiq informasiya resurslarına çıxışı təmin olunacaq. Bununla da VEMTAS-da müxtəlif qurumların daxil olduğu çoxşaxəli elektron infrastruktur formalaşacaq. Həmin qurumların nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək bu sahədə işlərin yüksək səviyyədə təşkili üçün müzakirələr aparılır.
Artıq 20 dövlət qurumundan 12-si tərəfindən informasiya sistemlərinin və müvafiq servislərin portala inteqrasiyası təmin olunub. Digər qurumlar tərəfindən də bu istiqamətdə işlər davam etdirilir.
Portala qoşulan bu sistemlər vasitəsilə əldə olunan məlumatlar ünvanlı sosial yardımı üçün müraciət edən vətəndaşın və ailəsinin gəlirləri, aylıq xərcləri, maddi-məişət şəraiti üzrə ətraflı qiymətləndirmə aparılmasına imkan verəcək. Bütün məlumatlar ümumiləşdirilərək təhlil edildikdən sonra VEMTAS tərəfindən müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə avtomatik şəraitdə qərar qəbulu həyata keçiriləcək.
Müraciət edən vətəndaşın ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə məlumat da onun elektron ünvanına, yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək. Ünvanlı dövlət sosial yardımı təyin edildiyi halda yardımın ödənilməsi məqsədilə həmin şəxsə dair bank hesabının açılması üçün sistem tərəfindən müvafiq banka avtomatik şəraitdə sifariş veriləcək. Həmçinin ünvanlı dövlət sosial yardımının alınması üçün müvafiq bankın ünvanı və bank kartının hansı tarixdə təhvil götürülməli olduğu barədə məlumatlar ailəni təmsil edən şəxsin elektron ünvanına və yaxud ismarıc formasında mobil telefonuna göndəriləcək.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gülçülük sovxozunda top mərmisi tapıldı - FOTO

26 İyun 2017 16:44

İnternetdə məşhurlaşmaq üçün elə bir yola əl atdılar ki... - FOTO

26 İyun 2017 16:43

49 yaşlı xalq artisti makiyajsız ŞƏKLİNİ paylaşdı

26 İyun 2017 16:38

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

26 İyun 2017 16:37

"Barselona"nın B komandası çempion oldu

26 İyun 2017 16:37

Bakıya uçan təyyarələrdə sərnişinlərə erməni yeməyi verirlər - VİDEO - FOTO

26 İyun 2017 16:32

Bakıda kafedə yanğın olub

26 İyun 2017 16:32

"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO

26 İyun 2017 16:22

Kobraların inanılmaz rəqsi - VİDEO

26 İyun 2017 16:18

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:15

Məşhur müğənniyə ərindən QEYRİ-ADİ JEST - FOTO/VİDEO

26 İyun 2017 16:08

Tarkan və xanımı Bakı aeroportubda - "Uşaq istəyirik, amma..." - FOTO

26 İyun 2017 16:05

Cəlilabadda maşıb aşıb: sürücü ölüb

26 İyun 2017 16:04

Rusiya və ABŞ prezidentləri Almaniyada görüşə bilər

26 İyun 2017 16:02

Xaçmazda ikimərtəbəli ev yanıb

26 İyun 2017 16:01

Feysbuk serial çəkir

26 İyun 2017 15:58

İran Azərbaycanda özəl tibbi mərkəzi yaradır

26 İyun 2017 15:57

Polis gənc qızın başını divara çırpdı, qanı...

26 İyun 2017 15:56

Emma dəyişib belə oldu - FOTO

26 İyun 2017 15:54

Bakıda kafe yandı

26 İyun 2017 15:49

Gürcüstanın məşhur teleaparıcısı Tbilisi meri vəzifəsinə namizəd olub

26 İyun 2017 15:47

Ayanın yeni evindən FOTOlar

26 İyun 2017 15:47

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26 İyun 2017 15:44

Həyat yoldaşını yataqda başqası ilə tutdu və...

26 İyun 2017 15:43

“www.esgeremektub.com” məktubları Beyləqanda əsgərlərə çatdırılıb

26 İyun 2017 15:39

Fatimə əməliyyatla 7 kilo arıqladı - FOTOLAR

26 İyun 2017 15:34

İŞİD Trampa HÜCUM ETDİ

26 İyun 2017 15:33

Əsgərin oğlu ilə görüşü bütün ölkəni ağlatdı

26 İyun 2017 15:31

Xristian ölkələrində inanılmaz RAMAZAN COŞQUSU - FOTOLAR

26 İyun 2017 15:23

İran dünyanın ən böyük qaz ehtiyatlarına sahib olduğu açıqlanıb

26 İyun 2017 15:22

Tünzalə və Səbinə dünya ulduzunun konsertində - FOTO

26 İyun 2017 15:17

İsrail elektrik təyyarələrinin istehsalına başlayır

26 İyun 2017 15:15

Polisin qıza qarşı bu hərəkəti HAMINI ŞOKA SALDI - DƏHŞƏTLİ FOTO/VİDEO

26 İyun 2017 15:13

​Pulu düzgün xərcləməyi

26 İyun 2017 15:10

"Şəbnəm" Qızlar İslam Kollecindən

26 İyun 2017 15:07

Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var

26 İyun 2017 15:05

“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı

26 İyun 2017 15:04

DƏHŞƏT: 60 yaşlı kişi 9 yaşlı uşağı ZORLADI

26 İyun 2017 14:58

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 14:58

Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib

26 İyun 2017 14:57

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

26 İyun 2017 14:52

Ağdaşda 17 yaşlı sürücü DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 4 nəfər...

26 İyun 2017 14:48

Rusiya bu ölkəyə 10 qırıcı göndərir

26 İyun 2017 14:47

Tovuzda qatar adam vurub

26 İyun 2017 14:44

Pərvin Abıyevanın bu VİDEOSU hər kəsi güldürdü

26 İyun 2017 14:38

"Zirə" - "Differdanj" oyunu canlı yayımda

26 İyun 2017 14:37

"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

26 İyun 2017 14:37

"Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız..." - Dəhşətli namus cinayəti...

26 İyun 2017 14:27

"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı: "Riski çoxdur"

26 İyun 2017 14:24

Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

26 İyun 2017 14:22