PKK-nın gizli koordinasiya qrupu ifşa olundu

PKK-nın gizli koordinasiya qrupu ifşa olundu
16:05 13 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+

Qəndil dağında yerləşən qərargahın əmri ilə Kobanidən göndərilən və Diyarbəkir vilayətinin Sur mahalında PKK-nın hərəkətlərini koordinasiya edən terrorçularla əlaqədar məlumatlar ortaya çıxıb.

Milli.Az publika.az-a istinadən bildirir ki, koordinasiya qrupu 4 nəfərdən ibarətdir.
 
Təhlükəsizlik gücləri qrupun liderini, snayperi və iki bomba mütəxəssisini hər yerdə axtarır. Kəşfiyyat qurumları PKK-çıları idarə edən 4 terrorçunun şəxsiyyətini müəyyənləşdirərək fotoşəkillərini dərc edib.
 
Onlar PKK-nın "Əli" kod adlı Sur mahalı üzrə lideri, "Ovçu Roza" kod adlı Kobanidən gələn snayperi, "Dəniz" və "Hebun" kod adlı bomba mütəxəssisləridir. Terrorçular PKK-nın döyüşçülərinə təlim keçir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR