Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Musiqi məktəbinin şagirdləri İspaniyada diploma layiq görülüb

Musiqi məktəbinin şagirdləri İspaniyada diploma layiq görülüb

Date: 13 January 2016 17:33


Bakı, 13 yanvar, AZƏRTAC
İspaniyanın Lloret De Mar şəhərində “Gran Fiesta” festivalı keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri təmsil edib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə görə musiqi məktəbin şagirdləri Cəmil Sadıqzadə, Jalə Mailova, Nəzrin Nəzirli I dərəcəli, Xədicə Abdullayeva və Zəminə Kərimova isə II dərəcəli diploma layiq görülüblər.



Tags:  Musiqi məktəbinin şagirdləri İspaniyada diploma layiq görülüb



RƏYLƏR


Top news