Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan 109 ölkəyə ixrac, 145 ölkədən idxal edir

Azərbaycan 109 ölkəyə ixrac, 145 ölkədən idxal edir

Date: 13 January 2016 17:42

2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 162 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 109 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ticarət dövriyyəsinin 9,6 faizi MDB üzvü dövlətləri, 48,5 faizi Avropa İttifaqı ölkələri, 41,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ilin on bir ayı ərzində xarici ticarət dövriyyəsinin həcmi, statistik məlumatlara əsasən, 23 575,6 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 15379,4 milyon dollar, idxalın həcmi 8196,2 milyon dollar təşkil edib, nəticədə 7183,2 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

2015-ci ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artaraq 1461,7 milyon dollar təşkil edib.

Milli.Az


Tags:  Azərbaycan 109 ölkəyə ixrac 145 ölkədən idxal edir


RƏYLƏR


Top news