Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb

Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru ilə görüşüb

Zakir Həsənov yüksək rütbəli zabitləri TOPLADI (15 Mart 2017 18:52)
Zakir Həsənov döyüş hazırlığı ilə bağlı konkret TAPŞIRIQLAR VERDİ (15 Mart 2017 18:48)
Müdafiə naziri şəxsi heyətlə iş üzrə komandir müavinləri ilə görüşüb (15 Mart 2017 18:44)

Tarix: 13 Yanvar 2016 17:47

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 13-də ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kupçan ilə görüşüb.

Milli.Az bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti, hərbi təhsil, treninq və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq kəsb edən sahələr üzrə məsələlər müzakirə olunub.
 
İkitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunan nazir Azərbaycanı narahat edən problemli məsələləri qonağın diqqətinə çatdırıb, Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini xüsusi vurğulayıb.

Milli.Az


Teqlər:  Zakir Həsənov ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru görüşüb



RƏYLƏR


Top xəbərlər