​FİFA Azərbaycanın daha bir klubununu cəzalandırıb

​FİFA Azərbaycanın daha bir klubununu cəzalandırıb
17:57 13 Yanvar 2016
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Azərbaycan I Divizionunda mübarizə aparan "Bakı" klubunun 6 xalının silinməsi haqda qərar qəbul edib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna futbolçu Adnan Barakatla bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəb olub.
FİFA yanvarın 11-də AFFA-ya məktub ünvanlayaraq FİFA-nın Nizam-İntizam Komitəsinin "Bakı" klubu haqqında qərar qəbul etdiyini bildirib. Nəticədə AFFA-nın İntizam Komitəsi müvafiq addımı atıb.
Qeyd edək ki, Adnan Barakət "Bakı"da 2010-cu ilin yanvarından 2011-ci ilin sonlarınadək çıxış edib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-baki-klubunu-cezalandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR