Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qaydalar təsdiq edilib
18:22 13 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "İpoteka örtüyünün reyestrinin aparılması və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələblər haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Milli.Az bildirir ki, report-un komitəyə istinadən verdiyi xəbərə görə, bu qaydalar ipoteka örtüyünün reyestrinin aparılması qaydalarını və sərəncamçı tərəfindən ipoteka örtüyünün yoxlanılmasının nəticələri barədə hesabata dair tələbləri tənzimləyir.

Həmçinin, QKDK tərəfindən "Emitentin istiqraz buraxılışının maksimum həcminə dair tələblər haqqında Qaydalar" təsdiqlənib və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu Qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən və ya yalnız institusional investorlara təklif olunan istiqrazlara şamil edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR