Baş nazir Georgi Kvirikaşvili: “Azərbaycan Gürcüstan üçün dost və vacib tərəfdaş ölkədir”

Baş nazir Georgi Kvirikaşvili: “Azərbaycan Gürcüstan üçün dost və vacib tərəfdaş ölkədir”
18:23 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 yanvar, AZƏRTAC
Gürcüstanda səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev dekabrın 13-də Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.
Gürcüstan hökuməti administrasiyasından AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlığın əhəmiyyəti qeyd olunub.
Baş nazir Georgi Kvirikaşvili deyib ki, Azərbaycan Gürcüstan üçün dost və vacib tərəfdaş ölkədir. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Əməkdaşlığımızın inkişafına heç bir maneə yoxdur. Biz SOCAR şirkəti ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq.
R.Abdullayev Azərbaycan tərəfinin də əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə Gürcüstanın təbii qaza olan tələbatının artdığı qeyd olunub, qış mövsümündə əhalinin mavi yanacaqla təminatında yaranmış problemlər ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan Gürcüstana maksimal gücü ilə təbii qaz verir. Lakin bu qış aylarında kifayət etmir. Ona görə də alternativ yollar axtarılır.
Tərəflər “Şahdəniz” layihəsinin ikinci fazasının işə düşməsinin bu problemin həllinə müsbət təsir edəcəyini qeyd ediblər.
SOCAR-ın Gürcüstanda reallaşdırdığı layihələr, eləcə də bu ölkədə yeraltı qaz anbarının tikintisində iştirakı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bas_nazir_Georgi_Kvirikasvili_Azerbaycan_Gurcustan_uchun_dost_ve_vacib_terefdas_olkedir-918166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR