Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib

Date: 13 January 2016 19:22

 Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

APA-nın məlumatına görə, bu barədə ARDNF-in yaydığı açıqlamada bildirilir.

Məlumata görə, bu gün yeni mexanizmlə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Milli.Az


Tags:  Azərbaycan Dövlət Neft Fondu valyuta satışını bərpa edib


RƏYLƏR


Top news