Dolların qiyməti dəyişdi

Dolların qiyməti dəyişdi
10:06 14 Yanvar 2016
1461 Digər
Ölkə mətbuatı
A- A+

Dollar bir günlük cüzi ucuzlaşmadan sonra yenidən bahalaşıb. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində manatın məzənnəsi yenidən azalıb.

Azərbaycan Mərkəzi Bankı 14.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5682 manatdan 1,5706-ya yüksəlib.

Bahalaşma Avropanın vahid valyutası olan avro və Rusiya rublunda da hiss edilir. Avro 1,6980 manatdan 1,7106-ya, Rusiya rublu isə 0,0203 manatdan 0.0204-ə qalxıb.


AMB-nın 14 yanvar tarixinə olan rəsmi məzənnəsi

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

Həmçinin oxuyun:
Mərkəzi Bankdan 3-cü devalvasiya açıqlaması
Mərkəzi Bankdan banklara icazə ilə bağlı açıqlama (YENİLƏNİB)
500 dollardan çox pul dəyişənlərin nəzərinə
2016-cı ildə manatın taleyi
Dollarla kredit götürənlərin aqibəti...
Vahid Əhmədov: "Dollara görə artım olacaq, amma..."
Bakıda dollar ajiotajı (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369673

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR