"Arsenal"ın ilk transferi

"Arsenal"ın ilk transferi
14:27 14 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" ilk transferini reallaşdırıb. Fanat.az xəbər verir ki, London klubu Məhəmməd Elnenini heyətinə qatıb.

İsveçrənin "Bazel" klubundan alınan edilən 23 yaşlı yarımmüdafiəçi üçün 5 milyon avro transfer haqqı ödəniləcəyi deyilir.

Transferin baş tutması xəbərini baş məşqçi Arsen Venger açıqlayıb: "Elneni artıq komandamızın üzvüdü. Bazar günü "Stok Siti" ilə keçirəcəyimiz oyunda meydana çıxa bilər.

Qeyd edək ki, misirli futbolçu bu mövsüm "Bazel"in heyətində 28 rəsmi oyuna çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Əvvəllər vətənində "El Mokavlun" klubunun formasını geyinmiş yarımmüdafiəçi Misirin A millisində 39 oyun keçirərək 3 qol vurub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotarsenalquotn-ilk-transferi-t46788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR