Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni ISO 9001:2008 sertifikatı İqtisad Universitetinə təqdim edilib

Yeni ISO 9001:2008 sertifikatı İqtisad Universitetinə təqdim edilib

Date: 14 January 2016 16:33


Bakı, 14 yanvar, AZƏRTAC
Türk Standartları İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) yenilənən ISO 9001:2008 sertifikatını təqdim edib.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, sertifikata əsasən, bu ali məktəbin bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqlənib və vaxtı üç ilədək uzadılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Türk Standartları İnstitutunun auditorları ISO standartlarına uyğun olaraq ADİU-da keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirib.

Tags:  Yeni ISO 90012008 sertifikatı İqtisad Universitetinə təqdim edilib


RƏYLƏR


Top news