Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyada 4,2 milyard insanın internetə çıxışı yoxdur

Dünyada 4,2 milyard insanın internetə çıxışı yoxdur

Date: 14 January 2016 16:48


Vyana, 14 yanvar, AZƏRTAC
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə internet dünya əhalisinin əksəriyyəti üçün hələ də əlçatmaz bir imkan olaraq qalır. Dünya Bankının “İnformasiya texnologiyalarının dividendləri” adlı hesabatına əsasən, dünyada 4,2 milyard insanın internetə çıxışı yoxdur. Bu isə dünya əhalisinin 60 faizi deməkdir.
Hesabata əsasən, Hindistan əhalisinin mütləq əksəriyyəti – 1,1 milyard nəfər, Çində 755 milyon nəfər, İndoneziyada isə 213 milyon nəfər internetdən istifadə etmək imkanlarından məhrumdur.
Bununla belə, dünyada internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Hesabatda göstərilir ki, 2005-ci ildə internet istifadəçilərinin sayı bir milyard nəfər idisə, 2015-ci ildə bu rəqəm üç dəfə artaraq 3,2 milyarda çatıb.
Sürətli internet imkanından isə dünya əhalisinin 15 faizi, yəni 1,1 milyard nəfər yararlana bilir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana


Tags:  Dünyada milyard insanın internetə çıxışı yoxdur


RƏYLƏR


Top news